DÜNYA ÖZ XƏBƏR

Süni intellekt müsabiqəsi BAŞLADILIR

ABŞ ölkənin ən mühüm proqram təminatını qorumaq üçün süni intellekt müsabiqəsinə başlayır.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama verib.

Açıqlamada, Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (DARPA) rəhbərlik etdiyi müsabiqənin Anthropic, Google, Microsoft və OpenAI kimi bir çox ən yaxşı süni intellekt şirkətləri ilə əməkdaşlığın yer alacağı bildirilib.

Süni İntellekt Kiber Yarışmasının (AIxCC) süni intellektdən istifadə edərək proqram təminatının təhlükəsizlik zəifliklərinin müəyyən edilməsinə töhfə verəcəyi qeyd edilib.

Bəyanatda  AIxCC-nin, Amerikaya enerji verən elektrik şəbəkələrindən tutmuş, gündəlik həyatı idarə edən nəqliyyat sistemlərinə qədər internetdə və bütövlükdə cəmiyyətdə istifadə olunan proqram təminatının təhlükəsizliyini təmin etmək üçün süni intellektin potensial faydalarını nümayiş etdirəcəyi vurğulanıb.

Komandaların 2024-cü ilin yazında seçmə mərhələsinə qatılacağına diqqət çəkən açıqlamada ən çox xal toplayanların pul mükafatı alacağı və yarışın 2025-ci ildə final mərhələsinə qədər davam edəcəyi bildirilib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər