DÜNYA ÖZ XƏBƏR

Məşhur müğənni qəzaya düşdü - FOTOLAR

Türkiyəli tanınmış müğənni Tan Taşçının avtomobili yük maşını ilə toqquşub.

32gun.az xəbər verir ki, Burdur vilayətində baş verən qəzada Taşçının avtomobilində meneceri ilə birlikdə başqa bir şəxs də olub. Avtomobili yararsız hala düşən Taşçı və yoldaşları xəstəxanaya aparılıb.

Məlumata görə müğənni müayinə və müalicələrdən sonra evə buraxılıb. Digər yoldaşlarının isə xəstəxanada müalicəsi davam etdirilir.

Aysel Şirinova

091429175-kaza.jpg091428847-kaza1-001.jpg

Oxşar Xəbərlər