45 yaşlı şəxs 18 il sonra həyat yoldaşına evlilik təklifi edib.
32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Belə ki, Engin Özkan adlı şəxs yaxınlarının dəvət aldıqları toy mərasimi zamanı sürpriz təklifi həyata keçirib.
Yerli mediaya danışan Engin: "18 il əvvəl bu gün evlənmişdik. O zamanlar evlilik təklifi edə bilməmişdim. Ürəyimdə qalsın istəmədim. Həyat yoldaşım üçün gözəl sürpriz oldu. 18 il əvvəldən daha həyəcanlı idim",- deyə bildirib.
Aysel Şirinova