Malaziyada hökümət İsveç markalı "Swatch" brendinin istifadəsinə qadağa qoyub.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə ölkədə bütün göyqurşağı rəngli "Swatch" məhsulları və qablaşdırmalarından istifadə edənləri 3 ilə qədər həbs cəzası gözləyir.
Yeni qaydanı əks etdirən sənədlər qadağanı rəsmiləşdirən ölkə qəzetində də dərc olunub.
Hökumət, qadağaya səbəbin saatın elementlərinin Malayziyada geniş ictimaiyyət tərəfindən qəbul edilməyən LGBT hərəkatına təşviq, dəstəklənmə və normallaşdırılmasına töhfə verməsi ilə əlaqələndirib.
Qeyd edək ki, ölkədə eynicinsli münasibətlərin qurulması qanunsuzdur.
Aysel Şirinova