Avropa Komissiyasının maliyyə hesabatı zamanı milyonlarla pulun şəkil çəkdirilməsinə xərclənməsi gündəm yaradıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən 2019-cu ildən bu ilin aprel ayına qədər Avropa Komissiyası üzvlərinin foto və videolarının çəkilişinə 2,75 milyon avro xərcləndiyi aşkarlanıb. Büdcə rəhbəri Johannes Hahn: “Fotoçəkiliş vətəndaşlara işimiz haqqında məlumat vermək və şəffaflığı təmin etmək üçün lazımdır”,- deyə bildirib.
Komissiyanın 27 üzvünün ayrı-ayrılıqda nə qədər xərcləməsi ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Avropa Komissiyası hər üzv dövlətdən bir nəfər və 5 il müddətinə seçilən 27 üzvdən ibarətdir.
Aysel Şirinova