DÜNYA ÖZ XƏBƏR

Pakistanda müstəqillik günü insident - ölən və yaralananlar var

Pakistanda Müstəqillik Gününün 76-cı ildönümünün qeyd edilməsi zamanı havaya açılan atəş nəticəsində 2 nəfər ölüb, 50 nəfər yaralanıb.

32gun.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. 

Məlumatda həyatını itirənlərdən 1-nin qadın olduğu deyilib. Yaralılar xəstəxanalara çatdırılıb. 

Hadisə nəticəsində 10 nəfərin tutulduğu bildirilib. 

Aysel Şirinova

Oxşar Xəbərlər