DÜNYA ÖZ XƏBƏR

Almaniyada müsəlmanlara qarşı cinayətlər artıb

Almaniya hökumətinin deputatı Petra Paunun parlamentdə açıqladığı məlumatlar ölkədə anti-islamçılığın artdığını ortaya çıxarıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. 

Məlumata görə, iyunun sonuna kimi ölkədə müsəlmanlara və məscidlərə qarşı 258 cinayət törədilib, hücumlarda 17 nəfər yaralanıb. Maraqlıdır ki, bu rəqəm ötən ilin eyni dövründə müsəlmanlara qarşı törədilmiş 142 cinayət hadisəsindən təxminən iki dəfə çoxdur. Müsəlmanlara və ibadət ocaqlarına qarşı törədilən cinayətlərin böyük əksəriyyətinin ifrat sağçı motivlərlə təşkil edildiyi qeyd edilib.

Aysel Şirinova

Oxşar Xəbərlər