ABŞ-ın paytaxtı Vaşinqtonda bəzi bölgələrdə yaşayan əhaliyə şiddətli tufan və daşqın xəbərdarlığı edilib.
32gun.az xəbər verir ki, bu barədə Meteoroloji Xidmət məlumat yayıb.
Məlumata əsasən şiddətli fırtınanın paytaxt Vaşinqton və Merilend ştatının bəzi bölgələri istisna olmaqla, Virciniya ştatının şimal hissələrində gecə saatlarına qədər təsirini davam etdirəcəyi vurğulanıb.
Bildirilib ki, həddindən artıq yağış nəticəsində çay və dərə məcralarının daşması, sel təhlükəsi olan əraziləri su basa, evlərə ciddi ziyan dəyə bilər.
Aysel Şirinova