ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zor vilayətindəki bazalara əlavə qüvvə göndərib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə dünən ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid sərhəd qapısından keçərək Həsəkəyə daxil olub.
Təxminən 50 maşından ibarət konvoy Deyr əz-Zor çölündə terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki Koniko və əl-Ömər neft yataqlarında ABŞ qüvvələrinin bazalarına çatıb.
Konvoylarda zirehli texnika, yanacaq tankerləri və sursatla dolu maşınlar olub.
Qeyd edək ki, ABŞ ötən aylarda da terror təşkilatı PKK/YPG-nin Haseke çölündə zəbt etdiyi Rumeylan, Şeddadi və Tel Beyder qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.
Aysel Şirinova