DÜNYA ÖZ XƏBƏR

İsraildə partlayış - yaralananlar var

İsraildə sənaye obyektində baş verən şiddətli partlayış nəticəsində 3 nəfər yaralanıb. 

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə hadisə Ramat Haşaron şəhərində baş verib. Partlayış nəticəsində xəsarət alan 3 nəfərdən 1-nin vəziyyətinin ağır olduğu bildirilib. 

Hadisədən sonra yaranan yanğın nəzarət altına alınıb. 

 Araşdırmalar aparılır. 

Qeyd edək ki, bu 2 ay ərzində ərazidə meydana gələn 3-cü partlayışdır.

Aysel Şirinova

Oxşar Xəbərlər