İsrail həbsxanalarında olan 9 fələstinli inzibati həbsə etiraz olaraq aclıq aksiyası keçirir.
32gun.az Fələstinin rəsmi agentliyi WAFA-da dərc olunan xəbərə istinadən xəbər verir ki, İsrailin inzibati həbsinə etiraz edən 9 fələstinlidən ikisi 13, biri 9, digərləri isə 6 gündür aclıq aksiyası keçirir. 4 fələstinli məhbus 16 günlük aclıq aksiyasına dünən son qoyub.
İnzibati həbsdə olan fələstinlilərin sayı 1200-ü ötüb. Fələstinli Məhbuslar və Azad Edilənlər Təşkilatı beynəlxalq insan haqları komitəsinin yaradılmasına çağırıb.
Qeyd edək ki, fələstinlilər, onlara qarşı irəli sürülən ittihamı öyrənmədən 6 aya qədər həbs oluna və müdafiə hüququndan məhrum edilə bilər.
Aysel Şirinova