DÜNYA ÖZ XƏBƏR

Silahlı hücum: 19 nəfər qaçırılıb

Nigeriyada silahlı şəxslər 19 nəfəri qaçırıblar.

32gun.az-ın ölkə KİV-lərinə istinadən verdiyi məlumata görə silahlı şəxslər Katsina əyalətinin Madoqara rayonuna basqın ediblər.

Silahlı basqında qaçırılanlardan əksəriyyətinin qadın olduğu bildirilib.

Qeyd edək ki, Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır, lakin fidyə müqabilində adam oğurluğu halları tez-tez baş verir. 

Aysel Şirinova

Oxşar Xəbərlər