DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə səhiyyə sektorunda kadr çatışmır

Yunanıstanda səhiyyə işçilərinin kadrlarının qeyri-kafi olması səbəbindən turistik adalardakı sağlamlıq mərkəzlərində problemlər yaşanıb.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə bu barədə Yunanıstan Təcili Yardım Mərkəzinin (EKAV) rəhbəri Giorgos Mathiopoulos məlumat yayıb:

"Ölkədə böyük boşluqlar olduğu üçün təcili yardım xidmətimizi sıfırdan yenidən qurmalıyıq. Turizm mövsümündə səhiyyə sektoruna artan tələbatı ödəmək üçün digər bölgələrdən bəzi (sağlamlıq) işçiləri adalara göndərdik. Həmkarlarımız bunun üçün yay tətillərini qurban verməli oldular",- deyə o bildirib.

Səhiyyə işçiləri isə həyat şəraitinin bahalığı üçün turistik zonalarda işləməkdən narazıdırlar. Onların sözlərinə görə turistlər üçün gündəlik kirayə verilən evlərin qiymətlərinin yüksək olması səbəbindən uzunmüddətli kirayə ev tapmaq əsas problemlərdən biridir.

Qeyd edək ki, turizm zonası hesab olunan Kos adasının 40 min sakini və hər turizm mövsümündə adaya axın edən 1 milyondan çox ziyarətçi üçün 3 yeni təcili yardım maşını alınıb. Bununla belə, təcili yardım maşınının həftənin 7 günü, günün 24 saatı hazır olması üçün 11 personal lazımdır. Adada cəmi 10 təcili tibbi yardım texniki olduğu üçün yalnız 1 təcili yardım maşını işlədilə bilir.

Aysel Şirinova

Oxşar Xəbərlər