Fələstinin Nablus şəhərində işğalçı qüvvələrlə fələstinlilər arasında qarşıdurma baş verib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə toqquşma "Yusif Məqam"na yaxın ərazidə yaranıb. Fələstinli gənclər Nablusda İsrail əsgərlərinin yollarında təkər yandıraraq yolları bağlayıb, konvoya boş şüşə butulka və daş ataraq basqının qarşısını almağa çalışıb. İsrail əsgərləri onlara qarşı güllə və gözyaşardıcı qaz bombalarından da istifadə ediblər. Nəticədə 11 nəfər yaralanıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti bəyanatında İsrail əsgərlərinin canlı güllələrlə bir fələstinlini yaraladığını və təcili yardımların tibbi yardım üçün bölgəyə gəlməsinə mane olduğunu qeyd edib.
Qeyd edək ki, Yəhudi köçkünlər, dini ayinləri yerinə yetirmək üçün İsrail ordusunun himayəsi altında tez-tez "Yusifin kürsüsü" kimi tanınan əraziyə basqın edirlər.
Aysel Şirinova