Fransanın paytaxtı Parisdə bir qrup qeyri-qanuni miqrant Paris Bələdiyyəsinin qarşısında çadırlar qurublar.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən miqrantların yaşayış şəraitlərinin təminatı üçün Fransa hökümətindən sığınacaq tələbi ilə şüarlar səsləndirdikləri bildirilib.
İmmiqrantların əksəriyyətinin Afrika və Əfqanıstandan olduğu deyilib.
Aysel Şirinova
