DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə minlərlə insan üçün təxliyə xəbərdarlığı EDİLDİ

Yaponiyanın mərkəzində və qərbində leysan yağışlar, eləcə də güclü küləklə təsirini göstərən “Lan” tayfunu nəticəsində 50 nəfər xəsarət alıb.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə fəlakət nəticəsində Şizuoka əyalətində 165 min 803 evdə yaşayan 382 min 326 nəfər təxliyəyə çağırılıb. Mie əyalətində isə 6 min 240 evdə elektrik kəsilməsi yaşanıb.

Ölkə üzrə 28 aviareys təxirə salınıb. Bəzi ərazilərdə qasırğanın yaratdığı güclü külək avtomobillərin və ağacların aşmasına, güclü yağışlar isə sel və torpaq sürüşməsinə səbəb olub. Tottori və Kioto əyalətlərində bir neçə körpünün uçduğu, infrasturuktura ciddi zərər dəydiyi bildirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər