DÜNYA ÖZ XƏBƏR

Bayden YENİDƏN GÜNDƏM OLDU: Yanğınların olduğu adanın adını unutdu

Bayden ən azı 106 nəfərin ölümünə səbəb olan yanğının baş verdiyi  "Maui" adasının adını unudub.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə prezident  çərşənbə axşamı Miluokidəki çıxışında, Maui adasının adını xatırlaya bilməyərək adaya "tez-tez televizorda gördüyünüz" deyərək nitqinə davam edib. Bayden çıxışının davamında isə Maui yerinə Böyük Ada ifadəsini işlədib:

"Ordunun helikopterləri də Böyük Adada yanğınsöndürmə işlərinə kömək edir. Həyat yoldaşım Jill və mən Havaya mümkün qədər tez səyahət etməyi düşünürük. Fəlakət bölgəsində çox olmuşam yenə də onların ehtiyac duyduqları hər şeyə sahib olduğundan əmin olmaq istəyirəm",- deyə prezident bildirib. Ölkə rəhbərliyinin bu çıxışı gündəmi zəbt edib.

Xatırladaq ki, adalardakı yanğın zamanı Baydenin bir neçə gün əvvəl tətil görüntülərinin yayılması da tənqidə səbəb olmuşdu.

Aysel Şirinova

Oxşar Xəbərlər