Türkiyə sahil mühafizə xidməti 44 qanunsuz miqrantın həyatını xilas edib.
32gun.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə yunanıstan tərəfindən rezin qayıqlarda Türkiyə ərazisinə sövq edilən köməksiz vəziyyətdəki miqrantlar İzmir sahillərində sudan çıxarılıb.
Miqrantlara zəruri yardım göstərildikdən sonra onların miqrasiya mərkəzinə təhvil verildiyi bildirilib.
Aysel Şirinova