Türkiyədə vətəndaşların daimi istifadəsində olan avtobus dənizə düşüb.
32gun.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə hadisə Eminönü ərazisində baş verib.
İlkin məlumata əsasən avtobusun boş olduğu məlum olub. Sürücünün sözlərinə görə avtobus parking vəziyyətində ikən qəflətən dənizə düşüb.
İstanbul Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamada, "avtobus sürücüsü əl əyləcini basmadan avtomobildən çıxdığı üçün sürüşərək dənizə düşüb" deyilib.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Aysel Şirinova


