DÜNYA ÖZ XƏBƏR

Pilot təyyarədə öldü - məcburi eniş edildi

56 yaşlı pilot təyyarədə uçuş zamanı ürəktutması səbəbilə həyatını itirib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə təyyarənin Floridanın ikinci böyük şəhəri olan Mayamidən Cənubi Amerikanın Çili ölkəsinə uçduğu məlum olub.

"LATAM" hava yollarına məxsus təyyarənin iki köməkçi pilotu təcili eniş edib.

Təyyarənin göyərtəsində olan tibb bacısı və 2 həkim Ivan Andaurun həyatını xilas edə bilməyib. Tibb bacısının sözlərinə görə təyyarədə lazımi tibbi avadanlıq olmaması pilotun həyatını itirməsinə səbəb olub. O, "LATAM" hava yollarından təyyarələrini fövqəladə vəziyyətlər üçün yararlı olan tibbi avadanlıqlarla təchiz etməsinii tələb edib.

Aysel Şirinova

image

Oxşar Xəbərlər