DÜNYA ÖZ XƏBƏR

Hava limanını su basdı - sərnişinlər təxliyə edildi

Almaniyanın Frankfurt şəhərində güclü yağış özü ilə birlikdə sel fəlakəti də gətirib.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə şiddətli yağışların yağdığı şəhərdə hava limanı və metro stansiyaları su altında qalıb. Hava şəraiti səbəbilə uçuşlar təxirə salınıb. Mövcud vəziyyətlə bağlı zərər çəkən minlərlə vətəndaşlar havalimanında sıxlıq yaradıblar. 

Digər tərəfdən, "Deutsche Welle" hava limanının su basması səbəbindən eniş etdikdən sonra təyyarəni tərk edə bilməyən sərnişinlərin olduğuna da  diqqət çəkib.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya Meteoroloji Xidməti bölgədə şiddətli tufanların ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Aysel Şirinova

Oxşar Xəbərlər