DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə 114 kəndi su basdı - ölənlərin sayı artıb

Hindistanın şimalındakı Pəncab əyalətində leysan yağışlar nəticəsində 114 kənd su altında qalıb, 2 uşaq isə sel sularında boğularaq ölüb.

32gun.az Hindistan mediasının məlumatına əsasən xəbər verir ki, təbii fəlakətdən Pəncabın Hoşiarpur, Qurdaspur, Rupnaqar və Kapurthala bölgələri daha çox zərər çəkir. 

Bildirilib ki, sel suları minlərlə hektar sahədə əkinlərə ziyan vurub, çox sayda insanı didərgin salıb.

Daşqından zərər çəkən bölgələrdə qruplar axtarış-xilasetmə işlərinə başlanılıb.

Ərazidə hakim olan təbii fəlakət səbəbilə bu günədək 71 nəfərin həyatını itirdiyi məlum olub.

Aysel Şirinova

Oxşar Xəbərlər