DÜNYA ÖZ XƏBƏR

Qardaş ölkədə yenidən yanğınlar başladı

Qardaş ölkə Türkiyədə meşə yanğınları yenidən vüsət alıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Bolu şəhərinin Mudurnu rayonu Dolayüz kəndində meşə sahəsi alovlara qərq olub.

Məlumata görə, naməlum səbəbdən saat 14.30 radələrində kəndin yaxınlığındakı meşədən tüstülənmə başlayıb. Qısa müddətdə torpaq quruduğundan alov geniş əraziyə yayılıb. Əvəzində bölgəyə 2 helikopter, 4 su tankeri, 3 su tankeri, 3 ilk müdaxilə maşını, 30 meşə işçisi və 8 jandarma əməkdaşı göndərilib. Ekipajlar alova nəzarət etmək üçün həm havadan, həm də yerdən müdaxilə edib.

Ayxan

Oxşar Xəbərlər