İraqda İraq-İran müharibəsindən qalan 313 mina məhv edilib.
32gun.az xəbər verir ki, minalar Süleymaniyyə şəhərində aşkarlanıb. Mina Agentliyinin baş direktoru Cabbar Mustafa Rəsulun sözlərinə görə bölgədə bugünədək 400 nəfər minaların partlaması nəticəsində ölüb və yaralanıb.
Onun sözlərinə görə 12 kvadrat kilometr ərazi minalarla örtülüb.
Qeyd edək ki, İran və İraq arasında müharibə 8 il davam edib.
Aysel Şirinova