Yanğınların davam etdiyi Maui adasının Fövqəladə halların İdarə olunması Agentliyinin sədri Herman Andaya istefa verib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə Hermanın ABŞ-ın Havay ştatında meşə yanğınları ilə bağlı səhlənkarlıq iddialarından sonra istefası müzakirələrə səbəb olub. İddialara görə 111 nəfərin həyatını itirdiyi yanğınlarla əlaqədar fəlakət xəbərdarlığı sirenləri işləməyib və elektrik dirəklərinin axışı kəsilməyib.
Maui Bölgəsi səlahiyyətliləri, Andayanın sağlamlıq səbəblərini əsas gətirdiyi istefa ərizəsinin Maui Bələdiyyə Başçısı Riçard Bissen tərəfindən qəbul edildiyini deyiblər.
Bissen verdiyi yazılı açıqlamada bu mühüm vəzifəyə dərhal kiminsə təyin ediləcəyini bildirib.
Aysel Şirinova