ABŞ-ın Texas ştatının Hyuston şəhərində Southwest Airlines aviaşirkətinə məxsus təyyarə havada qəzaya uğrayıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə Meksikanın Kankun Beynəlxalq Hava Limanına gedən “Boeing 737” təyyarəsinin mühərriklərindən birindən alov çıxdığı bildirilib.
Sözügedən təyyarə havaya qalxdıqdan təxminən yarım saat sonra eniş edərək Hyustondakı William P. Hobby hava limanına qayıdıb. Təhlükəsiz eniş səbəbilə alovlanmanın genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı heç bir sərnişin zərər görməyib.
Aysel Şirinova