"Der Spiegel" jurnalı bu yaxınlarda marixuana istifadəsini qanuniləşdirən Almaniya koalisyon hökümətini hədəf alıb.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata əsasən Jurnalın üz qabığında Baş nazir Olaf Şolz və onun kabinet üzvləri marixuana çəkərkən təsvir edilib.
Hökumətin indiyə qədərki hərəkətləri ilə son qərarından bəhs edən Almaniyanın ən yüksək tirajlı jurnallarından biri “Riskli qərar” başlığı ilə dərc olunub.
Qeyd edək ki, ilin sonuna kimi qanuna çevrilməsi gözlənilən layihə ölkədə əks-səda doğurub.
Aysel Şirinova
