DÜNYA ÖZ XƏBƏR

Məşhur reperlər SAXLANILDI - VİDEO

İstanbulda polis əməliyyat keçirib, 4 reper saxlanılıb.

32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə saxlanılanlar Heyjan, Muti, Cac, Big ləqəbləri ilə məşhurlaşan reperlərdir.

Məlumata əsasən adları çəkilən reperlərin tutulmasına səbəb mahnı və duet kliplərində işlətdikləri sözlərə və istifadə etdikləri silahlar olub. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı iki uzun lüləli silah ələ keçirilib.

Qeyd edək ki, repçi Heijan və Mutinin 3 ay əvvəl yayımladıqları bəhsi gedən "Aynen" mahnısı youtube platforması üzərindən 44 milyon dinləyiciyə çatıb.

Aysel Şirinova

Oxşar Xəbərlər