DÜNYA ÖZ XƏBƏR

DİQQƏT! Bu qidalar beyni 30 il cavanlaşdırır

ABŞ mütəxəssisi prof. Adam M. Brickman beyni 30 il gəncləşdirən qidaların adlarını açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Araşdırmalara əsasən kakao və buna bənzər qidaların tərkibindəki flavonoidlərin komponentlərinin beyində yaddaş funksiyalarını yaxşılaşdırdığı və yaşla bağlı zehni geriləməni azaltdığı müəyyən edilib.

Flavonoidlərin yaşıl çay, yaşıl yarpaqlı tərəvəzlər, qara qarağat, soğan, alma, albalı, şaftalı, limon, üzüm və sitrus meyvələri də daxil olmaqla bir çox meyvə və tərəvəzdə olduğu bildirilib. Mütəxəssilərin sözlərinə görə flavonoidlərlə zəngin kakao həm də qan damarlarını genişləndirir, pis xolesterini aşağı salır və aspirinə bənzər qan durulaşdırıcı təsir göstərir.

Bu xüsusiyyətlər isə infarktların qarşısının alınmasına kömək edir.

Digər tərəfdən, böyüklər üzərində aparılan bir araşdırma kakao qəbulu təcrübəsinin başlamasından bir həftə sonra beyinə qan axınının 8 faiz, iki həftədən sonra isə 10 faiz artdığını sübut edib.

Aysel Şirinova

Oxşar Xəbərlər