"İsveç ilk növbədə Stokholm küçələrini qorumalıdır. Stokholm küçələrinə sahib çıxmasalar, bizim müqəddəslərimizə qarşı bu hücumlara davam etsələr, peşman olacaqlar"
32gun.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeşt səfərindən qayıdarkən deyib.
İsveçin NATO-ya üzvlüyü mövzusuna toxunan Ərdoğan, "İsveçin NATO-ya üzvlük protokollarının Türkiyə Böyük Millət Məclisinə göndərilməsi və prosesin Parlamentdə müzakirədən keçməsi İsveçin verdiyi vədlərə sadiq qalması ilə bağlıdır. Parlamentimiz bu məsələ ilə bağlı qərar verəcək. Bu məsələnin Parlamentimizdə, komissiyalarımızda nə qədər müzakirə ediləcəyini, nə qədər vaxt aparacağını bilmirik", deyə bildirib.
Aysel Şirinova