DÜNYA ÖZ XƏBƏR

Dünyada ilk DƏFƏ: Küləklə işləyən yük gəmisi yola çıxıb

Küləklə işləyən nəhəng yelkənlərlə təchiz edilmiş Britaniya dizaynlı yük gəmisi ilk səyahətinə çıxıb.

32gun.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən "Pyxis Ocean"-ın ilk səyahəti Çindən Braziliyaya olacaq bununla da külək qanadları texnologiyasının ilk real sınağı baş tutacaq.

Yelkənlərin hündürlüyü 37,5 metrdir və davamlılıq üçün külək turbinləri ilə eyni materialdan hazırlanır.

Gəmiqayırma şirkəti Cargilldən verilən açıqlamaya görə qanad ölçülü "WindWings" yelkənlərinin istifadəsi yanacaq sərfiyyatını, eyni zamanda gəmiçilikdə karbon yükünü azaltmaq məqsədi daşıyır.

Qeyd edək ki, gəmi limanda olarkən qatlanır və dənizdə açılır.

Aysel Şirinova

Oxşar Xəbərlər