DÜNYA ÖZ XƏBƏR

"Allah sizə dəri xəstəliyi versin" - Şortik geyinən qıza bəddua (VIDEO)

Şortiklə gəzən gənc qızı yoldan keçən qadın təhqir edib.

32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. 

Sosial media platformalarından biri olan TikTok-da video paylaşan 2 gənc qızın başına iş gəlib. Belə ki, yoldan keçən yaşlı qadın qızlara, "Allah sizə dəri xəstəliyi versin. Sizin pis bədəninizi görmək məcburiyyətindəyəm?" deyərək bəddua edib.

Əsəbiləşən gənc qız isə qarşılığında, "Sənə nə? Baxma o zaman!" deyərək cavab verib.

Həmin anlar sosial şəbəkələrdə viral olub.

Aysel Şirinova

Oxşar Xəbərlər