DÜNYA ÖZ XƏBƏR

14 yaşlı qız babasını bıçaqladı - Hərəkətləri ilə təəccübləndirdi (VİDEO)

14 yaşlı qız 66 yaşlı babasını bıçaqlayıb, qaçdı.

32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, anası qızını bir neçə günlük babasının yanında qoyaraq evi tərk edib. Bir müddət sonra yeniyetmə qız mətbəxdən gətirdiyi bıçaqla babasını bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Hadisəni törətdikdən sonra qaçan qızı qısa müddət sonra polis əməkdaşları tapıb. Juranlistlərin "Niyə etdin?" sualı qarşısında yeniyetmə boks hərəkətləri nümayiş etdirərək, "Buna görə etdim. Sənə də boks edim?" deməklə cavab verib. 

Yeniyetmənin 8 ildir boks dərsləri aldığı məlum olub. 

Qeyd edək ki, 14 yaşlı təqsirkar polisə verdiyi ifadəsində hadisəni qəsdən törətmədiyini, fərqində olmadan etdiyi bildirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Aysel Şirinova

 

14 yaşındaki kız dedesini bıçakladı, yakalanınca savunması şaşırttı

14 yaşındaki kız dedesini bıçakladı, savunması şaşırttı - Gündem Haberleri

 

Oxşar Xəbərlər