Havayda meşə yanğınlarından ən çox zərər görən Mauiyə səfər edən ABŞ prezidenti Co Bayden bölgədə insanların fərqli reaksiyaları ilə üzləşib.
32gun.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata əsasən prezident bazar ertəsi həyat yoldaşı Jill Bayden ilə fəlakət zonasını ziyarət edib. Bu zaman insanların bəziləri prezidenti qucaqlayaraq minnətdarlığını bildirib, bəziləri isə pankartlar hazırlayaraq adaya daha çox yardım göndərilməsini tələb ediblər. Vətəndaşlardan biri isə qışqıraraq, " Heç nə etmədiyin üçün təşəkkür edirik!" deyib.
Hadisə ölkə gündəmini zəbt edib.
Qeyd edək ki, yanğın nəticəsində bugünədək 114 nəfər ölüb, 850 nəfər itkin düşüb.
Aysel Şirinova


