DÜNYA ÖZ XƏBƏR

Yük maşını avtomobilin üzərinə düşdü - VİDEO

Yük maşını yeraltı keçiddə hərəkət edən avtomobilin üzərinə düşüb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.

32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Yolda olan yük maşınının yeraltı keçidə daxil olmadan yol ayrıcından hərəkətə  davam etdiyi, lakin daha sonra sürücünün sükanı itirməsi nəticəsində yeraltı keçidə düşdüyü öyrənilib. Nəticədə yük maşını tərsinə çevrilib.

Hadisə ilə bağlı olaraq yolda hərəkət məhdudlaşdırılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər