Türkiyənin Hatay şəhərində dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bir şəxs qayınatasını ov tüfəngi ilə öldürüb, həyat yoldaşını isə yaralayıb.
Hadisə ilə bağlı xəbərdə qeyd edilib ki, cütlük arasında mübahisə davaya çevrildikdən sonra Hüseyn B, yanında gətirdiyi ov tüfəngi ilə qaynatası İyed B və həyat yoldaşı Rakkuş B-yə atəş açıb.
Olay yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Səhiyyə əməkdaşları tərəfindən aparılan müayinələr zamanı İyed B-nin həyatını itirdiyi təyin olunub. Ağır yaralanan Rakkuş B.-yə aparıldığı xəstəxanada tibbi yardım göstərilib.
Hadisədən sonra qaçan Hüseyn B-nin tutulması üçün işlərə başlanılıb.
Ayxan