DÜNYA ÖZ XƏBƏR

ABŞ bu ölkəyə səyahət qadağasının müddətini uzadıb - SƏBƏB

ABŞ Şimali Koreyaya səyahət qadağasının müddətini 31 avqust 2024-cü ilədək uzadıb.

32gun.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata əsasən qərar Şimali Koreyanın nüvə və ballistik raket proqramları və Şimali Koreyaya “icazəsiz və qeyri-qanuni” daxil olduğu deyilən ABŞ əsgəri Travis Kinqin vəziyyətinin qeyri-müəyyənliyi səbəbiylə “eskalasiyanın” yaşandığı bir vaxtda verilib. 

Qeyd edək ki, qadağa 2017-ci ildə Şimali Koreyada həbsdə olarkən ağır yaralanan amerikalı tələbə Otto Warmbier-in ölümündən sonra o vaxtkı dövlət katibi Reks Tillerson tərəfindən irəli sürülüb.

Aysel Şirinova

Oxşar Xəbərlər