DÜNYA ÖZ XƏBƏR

Rusiya məhkəməsi Ukrayna əsgərlərinə 20 il həbs cəzası verib

Ukraynanın şərqindəki işğal altındakı bölgələrdə Rusiya tərəfindən qurulan məhkəmədə mühakimə olunan 5 Ukrayna əsgəri  20 ilə qədər həbs cəzasına məhkum edilib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə İstintaq Komitəsi bəyanat yayıb.

Komitə əsgərlərin “mülki əhaliyə qarşı amansız rəftar” və “qəsdən adam öldürməyə cəhd” maddələri ilə həbs edildiyini açıqlayıb. Mühakimə olunan əsgərlərdən Boqdan Smaqanın Luqanskda mülki şəxslərə xəsarət yetirdiyi üçün 17 il həbs cəzası aldığı iddia edilib.

Digər ukraynalı əsgər İqor Lemeşev isə yaşayış məntəqəsini bombaladığına görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Aysel Şirinova

Oxşar Xəbərlər