DÜNYA ÖZ XƏBƏR

Uşaq evində unudulan körpə ÖLDÜ

Uşaq baxımı evinin servisində unudulan körpə ölüb.

32gun.az xəbər verir ki, hadisə ABŞ-də baş verib. Körpənin 38 dərəcə istidə 5-6 saat avtomobildə qalaraq həyatını itirdiyi məlum olub.

Körpəni maşında unudan 62 yaşlı sürücü Rayan Uilyams "uşaq ölümünə səbəb olma və səhlənkarlıq"da ittiham olunur. Təqsirli bilinərsə, 4 ilə qədər həbs cəzası gözləyir.

Uilyams polisə verdiyi ifadəsində avtobusdan düşmək istəməyən digər uşaqla məşğul olduğu üçün 1 yaşlı körpəni unutduğunu deyib. 

Hökümətin qərarı ilə araşdırmaların davam etdiyi müddətdə baxım evi bağlı qalacaq.

Aysel Şirinova

Oxşar Xəbərlər