DÜNYA ÖZ XƏBƏR

Liviyadan açıqlama: Türkiyəyə müharibə ELAN EDƏCƏKLƏR

Liviyadan olan silahlı qrup Türkiyəyə müharibə elan etdiklərini açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata əsasən Türkiyənin Liviyanın Homs qəsəbəsindəki limanı 99 il müddətinə icarəyə götürərək hərbi bazaya çevirəcəyi ilə bağlı iddialar səslənəndən sonra bölgədən açıqlama verilib. Əvvəllər naməlum silahlı qrup olan “Humsun Gənc Müqavimət Döyüşçüləri” Türkiyəyə müharibə elan etməyə hazır olduqlarını bildiriblər.

Döyüşçü dəstələri limanı müdafiə etmək və türkləri şəhərdən qovmaq üçün döyüşəcəklərini bildiriblər.

Qeyd edək ki, Türkiyənin limanı icarəyə götürməsi ilə bağlı iddialar rəsmilər tərəfindən təkzib edilsə də, qrup Türkiyəni Liviyanın kritik əraziləri üzərində nəzarəti gücləndirmək üçün işləməkdə ittiham edib.

Aysel Şirinova

Oxşar Xəbərlər