DÜNYA ÖZ XƏBƏR

Silahlı hücum - Ölən və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında bara silahlı hücum olub.

32gun.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Hadisə nəticəsində 10 nəfər yaralanıb, 5 nəfər ölüb. Məlumata əsasən insident “Kuk's Corner” baykerlər üçün nəzərdə tutulmuş barda keçmiş hüquq-mühafizə orqanı əməkdaşı ilə həyat yoldaşı arasında mübahisə zəminində baş verib.

Hücumu həyata keçirən şəxs  təhlükəsizlik qrupları tərəfindən vurulub, səhhəti barədə məlumat verilməyib.

Aysel Şirinova

Oxşar Xəbərlər