DÜNYA ÖZ XƏBƏR

Jurnalist mühacirləri təhqir etdi

Yunanıstanın ERT dövlət kanalının xəbər aparıcısı meşə yanğınında həyatını itirən mühacirlərlə bağlı təhqiredici ifadələr işlədib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə jurnalist Alexandras Douvara, "Yeganə gözəl şey odur ki, kömürləşərək ölən 18 immiqrantdan başqa insan həyatınının yasını tutmamışıq" deyib.

Jurnalist bu çıxışı ilə ölkə mediasının tənqid hədəfinə çevrilib.

“Efimerida” qəzeti də aparıcının şərhini "utancverici" adlandırıb.

Aysel Şirinova

Oxşar Xəbərlər