DÜNYA ÖZ XƏBƏR

İflic olan qadın rəqəmsal avatar vasitəsilə danışdı - DÜNYADA İLK!

Ağır iflic olan qadın beyin siqnallarını nitqə və mimikaya çevirən texnologiyadan istifadə edərək avatar vasitəsilə danışa bilib.

32gun.az xəbər verir ki, hadisə ABŞ-nin San Fransisko şəhərində baş verib.

Məlumata əsasən xəstə, 47 yaşlı Ann adlı qadın, 18 il əvvəl beyin sapı insultundan əziyyət çəkdiyi üçün ciddi şəkildə iflic olub. O, danışa və ya yaza bilmir, normal həyatında dəqiqədə 14 sözə qədər hərfləri yavaş-yavaş seçməyə imkan verən hərəkət izləmə texnologiyasından istifadə edərək ünsiyyət qurur. Yeni texnologiya komandası Annın beyninə nitq üçün vacib olan 253 elektroddan ibarət kağız nazikliyində düzbucaqlı yerləşdirib. İmplantasiyadan sonra Ann sistemin süni intellekt alqoritmini tətbiq edərək müxtəlif cümlələri tələffüz edə bilib.

Ann ümid edir ki,  Avatar texnologiyası ona gələcəkdə məsləhətçi kimi işləməyə imkan verəcək.

Aysel Şirinova

 

Oxşar Xəbərlər