MS xəstəiyi ilə mübarizə aparan 53 yaşlı məşhur müğənni Sərdar Ortac son açıqlamaları ilə gündəmi zəbt edib.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə müğənni sosial şəbəkə hesabında açdığı canlı yayın zamanı 2024-cü ildən səhnə ilə vidalaşacağını bildirib:
"Namaza başlayacağam amma hələ vaxtı deyil, 60-larda bunu edəcəm. İndi namaz qıl, axşam səhnəyə çıx, içki versinlər. Nə işə yaradı? Savabdır yoxsa, günah? Heç nə məni xoşbəxt etmir. Kəndə köçüb təqaüdə çıxacam. Qəti qərar verdim, 2024-cü ildə gedirəm".
Müğənninin bu sözləri izləyiciləri tərəfindən reaksiyalara səbəb olub.
Aysel Şirinova