Vaqner lideri Priqojinin Rusiyanın Tver şəhərində təyyarə qəzasında öldüyü deyilən zamanda İngiltərədən gələn bir iddia gündəmi zəbt edib.
32gun.az xəbər verir ki, Keir Giles adlı ingiltərəli ekspert Priqojinin sağ olması iddiasını irəli sürüb: "Təyyarədə Priqojin adlı bir şəxsin olduğu açıqlanıb, lakin bir çox insanın o ad və soyadı daşıdığını bilirik.
Qısa müddət sonra Afrikadan video yayınladığını görsəm təəccüblənmərəm".
Priqojinin yoxa çıxmaq üçün bu cür üsullara əl atdığını və səyahətlərini gizlətmək üçün bir çox adamın adının “Yevgeni Priqojin” olaraq dəyişdirildiyini bildirən bəzi mənbələr Priqojinin 2019-cu ildə də dünyasını dəyişdiyi xəbərlərinin gəldiyini xatırladıblar.
Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Vaqner liderinin öldüyünü təsdiqləyib.
Aysel Şirinova