DÜNYA ÖZ XƏBƏR

"Qəpiksiz qaldım" - Survivor çempionu

Survivor və xaricdə qatıldığı yarışmalarda qalib gələrək böyük məbləğdə pul qazanan Turabi Çamkıran İnstaqram hesabından Acun Ilıcalı ilə kadr paylaşaraq maddi vəziyyətinin yaxşı olmadığını bildirib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qazandığı pulları necə xərclədiyini açıqlayan Turabi paylaşımında bunları yazıb: "İndi çox, çox yorğunam. Bu müddətdən sonra məni həyəcanlandıracaq bir təklif olmasa, yarışlarla vidalaşaraq təqaüdə çıxıram.

Fəxr edəcəyim çempionatlar qazanmışam. Qazandığım pula görə çox insan itirdim. Pulun bir hissəsi ailə borclarına, bir hissəsi dostların dərdinə, bir hissəsi isə ehtiyacı olan qardaşlarıma getdi.
Bir azını özümə xərclədim, qalanını alverdə batırdım. Son olaraq saxladığım az məbləği də səhhətimdəki problemlərin həlli üçün xərcləyirəm. Şükürlər olsun ki, yarışlardan əvvəl olduğum qəpiksiz vəziyyətə qayıtdım”.

Aysel Şirinova

Yarışmalardan kazandıklarını bitirdi! Sağlık sorunlarıyla mücadele eden Turabi: Beş parasız kaldım

Yarışmalardan kazandıklarını bitirdi! Sağlık sorunlarıyla mücadele eden Turabi: Beş parasız kaldım

 

Oxşar Xəbərlər