Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 5 bal gücündə zəlzələ baş verib.
32gun.az AFAD-a istinadən xəbər verir ki, zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələdə bir fabrik və elektrik mağazasının təhlükəsizlik kameralarına əks olunan görüntülərdə iş yerindən qaçan işçilərin çaxnaşması və zəlzələ səbəbiylə iş yerində olan 4 nəfərin panikaya düşməsi yer alıb.
Yeraltı təkan nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Aysel Şirinova