İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya cümə namazı qılmaq üçün gələnlərə hücum edib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə Məscidül-Əqsanın girişlərindən biri olan Əl-Əsbat Qapısında bir çox İsrail polisi müqəddəs məbədə girənlərin kimliyini yoxlamağa başlayıb. Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, İsrail polisi bir nəfərə hücum edib və xaos yaşanıb.
İsrail qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində bir nəfərin ayağı sınıb. Qeyd olunub ki, xəsarət alanlar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Sosial mediada paylaşılan görüntülərdə bir nəfərin aldığı zərbə nəticəsində başından qan axdığı görülüb.
Digər tərəfdən, Fələstin mediası hadisələrdə İsrail polisinin 1 nəfəri saxladığını açıqlayıb.
Aysel Şirinova