Əzimova Pərvanə Əhsən qızı ilə Bakı şəhəri üzrə Təhsil idarəsi və Elm və Təhsil Nazirliyi arasındakı çəkişmə davam edir.
32gun.az xəbər verir ki, Bakı şəhəri 169 nömrəli tam orta məktəbin direktoru işləmiş Əzimova Pərvanə Əhsən qızı haqsız olaraq işdən çıxarıldığını iddia edərək nazirlik və idarə ilə bağlı bu dəfə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Hakim Namiq Cəfərovun sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - İşə bərpa və Əmək mübahisələri - Əmək haqqı tələbidir.
Qeyd edək ki, 28 mart 2019-cu il tarixində Əzimova Pərvanə Əhsən qızı 169 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Ötən il Ə.Pərvanə vəzifəsindən azad edilərək 12 dekabr 2022-ci ildə Bakı şəhəri 169 saylı tam orta məktəbə NAMİQ İBADOV NƏSİMİ oğlu direktor təyin edilib.
Xatırladaq ki, Elm və Təhsil Naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri isə Mehriban Hidayət qızı Vəliyevadır.
Ayxan