SOSIAL ÖZ XƏBƏR

Türkiyənin daha bir məşhur şirkəti Azərbaycanda qayda pozdu - Məhkəməlik oldu

"Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi" Azərbaycanda qayda pozduğu üçün məhkəməlik olub.

32gun.az xəbər verir ki, Türkiyənin məşhur şirkətinin Azərbaycandakı filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol tərtib edilib.

Hazırlanmış protokol Goranboy Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə prosesi Hakim Tural Ələkbərovun sədrliyi ilə ba tutacaq.

Bildirək ki, "Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı Filialının qanuni təmsilçisi AYDIN POLATdır. 

Ayxan 

Oxşar Xəbərlər